Bu gün məktəbimizdə " Valideynin məktəbdə bir günü " layihəsi reallaşdırıldı

30.05.2019-cu il tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli , F-66 nömrəli əmrinin tələblərinə müvafiq olaraq " Valideynin məktəbdə bir günü " layihəsi reallaşdırıldı.Tədbir əvvəlcədən hazırlanmış proqrama müvafiq aparıldı. Belə ki, valideynlər məktəbin konfrans otağında , kitabxanasında , idman zalında , bufetdə , ayrı-ayrı sinif otaqlarında oldular. 5-6-cı siniflərin mərkəzləşmiş BSQ-2-lərinin keçirildiyi akt zalında iştirak edən valideynlər BSQ-2-nin keçirilmə prossesi ilə tanış oldular. Onların təklif və tövsiyələri dinlənildi. Valideynlər məktəbdən xoş təəssüratla ayrıldılar.