Gənclərlə görüş təkşil edildi

            Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə, müavini Rəfael Quliyev, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasının əməkdaşı Yusif doktor və Qaradağ rayon ağsaqqallar şurasının üzvü Aslan Əhmədov məktəbimizin qonağı oldular. Məktəbin direktoruna rayonumuzun millət vəkili Aydın Hüseynovun səmimi salamlarını çatdıran gənclərin məktəbə ziyarətinin məqsədi 11-ci siniflərlə görüş idi. Səmimi atmosferdə keçən görüşdə mövzu Vətən, millət, dövlət və dövlətçilik təəsübü, eləcə də milli adət ənənəyə sədaqət idi. Şagirdlərələ müvafiq mövzuda söhbət aparan natiqlər onlara cəmiyyətin yararlı fərdi olmağı, dövlətə sədaqətli olmağı, milli dəyərləri daim yaşatmağı tövsiyə etdilər. Sonda məktəbin direktoru gənclərin təlim tərbiyəsindəki səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşəkkürnaməsi ilə təltif edildi. Biz də məktəb rəhbərliyi və kollektivimiz adından milli məclisin deputatı hörmətli Aydın Hüseynovun simasında YAP Qaradağ rayon təşkilatının bütün əməkdaşlarına diqqət və etmadlarına görə təşəkkür edir və minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi