"Müstəqilliyimiz əbədidir" mövzusunda ümumməktəb tədbiri keçirildi

24.05.2019-cu il tarixdə məktəbin akt zalında 28 -May Respublika Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda ümumməktəb tədbiri keçirildi.Tədbiri məktəbin müəllimləri Validə Məmmədova və Aynur Heybətovanın rəhbərliyi, ilə 8b sinfinin şagirdləri təşkil etmişdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra "28 May-Respublika Günü"nün tarixi, cümhuriyyətimizin və müasir Azərbaycanın qurucuları olan M.Ə.Rəsulzadənin, Ümummilli lider Heydər Əliyevin həyat yolu və fəaliyyətləri haqqında şagirdlərə ətraflı məlumat verildi. Sonra Respublika Günündən bəhs edən sənədli film nümayiş etdirildi. Şagirdlərin ifasında müxtəlif şeirlər, musiqilər, rəqslər və səhnəciklər təqdim olundu.