Məktəbin konfrans otağında 10-cu sinif şagirdlərinin iştirakı ilə İslam dininin humanist mahiyyətindən bəhs edən dəyirmi masa təşkil edildi

21.05.2019-cu il tarixdə məktəbin konfrans otağında 10-cu sinif şagirdlərinin iştirakı ilə İslam dininin humanist mahiyyətindən bəhs edən dəyirmi masa təşkil edildi. Dəyirmi masa iştirakçılarına məktəbin təşkilatçı müavini Nargilə Əhmədova və biologiya müəllimi Simuzər Məlikova Islam dininin sülhə, əmin-amanlığa, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması haqqında məruzə etdilər. Şagirdlər dinimizin sosial-ictimai və mənəvi mahiyyətindən bəhs edən sənədli film izlədilər. Sonda məktəbin psixoloqu Günel Cəbiyeva dini xurafat barədə şagirdlərə məlumat verdi. Məktəb psixoloqu ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş əsərlərin adlarını qeyd edərək şagirdlərə mütaliə etmələrini tövsiyə etdi.