İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019- cu ilin " Nəsimi ili " elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirildi

20.05.2019-cu il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Atayevanın təşkilatçılığı, 9b sinif şagirdlərinin iştirakı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019- cu ilin " Nəsimi ili " elan edilməsi ilə əlaqədar dahi şairin həyatına, yaradıcılığına poetik düşüncələrinə, elmi - fəlsəfi görüşlərinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada dahi şairin həyat və yaradıcılığı haqqında məlumat verildi, şagirdlər tərəfindən qəzəlləri söylənildi və əsərləri təhlil edildi.