Dəyirmi masa təşkil edildi

10.05.2019-cu il tarixdə məktəbin tarix müəllimi Rəna Əhmədova 8a, 8b, 8c sinif şagirdləri ilə dəyirmi masa təşkil etdi. Rəna müəllim Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu barədə şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər. Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edildi. Onun həyatına və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş sənədli film izlənildi.