Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar məktəbin kitabxanasında dəyirmi masa keçirildi

Müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar məktəbin kitabxanasında kitabxana müdiri Qəhrəmanova Təranə, tarix müəllimi Vəliyeva Nuranənin təşkilatçılığı və 5b sinfinin iştirakı ilə dəyirmi masa keçirildi. Şagirdlərin ifasında Dövlət Himni oxunduqdan sonra tarix müəllimi Ulu Öndərin həyat və fəaliyyətindən, müstəqil Azərbaycanın həyatındakı əvəzolunmaz rolundan, şagirdlər isə Heydər Əliyevin uşaqlara olan münasibətindən, onlara olan sevgisindən danışdılar. Sonda tədbir iştirakçılarına Ulu Öndərin keçdiyi həyat yolu haqqında videoçarx nümayiş etdirildi.