Məktəbin psixoloqu Günel Cəbiyeva 9-cu sinif şagirdləri ilə maarifləndirici söhbət apardı

06.05.2019-cu il tarixdə məktəbin psixoloqu Günel Cəbiyeva 9-cu sinif şagirdləri ilə maarifləndirici söhbət apardı. Söhbətin mövzusu bullinq və onun fəsadları idi. Şagirdlərlə psixoloji sorğu aparan G.Cəbiyeva bullinqin mənəvi zorakılıq olduğunu və onların bundan çəkinməli olduqlarını bildirdi. Mövzu ilə bağlı müxtəlif slaydlar nümayiş etdirildi. Şagirdlərimizin cəmiyyətə yararlı yetişmələri üçün bütün uyğun üsul və vasitələrdən istifadə etmək, valideynlərlə də bu istiqamətdə iş aparmaq fəaliyyət proqramımızın prioritet istiqamətlərindəndir. Ümid edirik ki, fəaliyyətimiz emosional xarakterli şagirdlərimiz üçün faydalı olacaq.