"Gələcəyini Qur" layihəsi çərçivəsində 10-11-ci sinif şagirdləri ilə görüş təşkil edildi

"Gələcəyini Qur" layihəsi çərçivəsində 10-11-ci sinif şagirdləri ilə görüş təşkil edildi. Bu dəfə layihənin rəsmisi məktəbimizin fəxri məzunu Hacızadə Hacıhəsən idi. Bu layihənin ən böyük uğurlarından biri elə Hacıhəsənin özüdür.Hacıhəsən 700-ə yaxın bal toplayaraq Tibb Universitetinin “Müalicə işi” fakultəsini qazanmış, ona göstərilən etimadı doğrultmuşdur. Bu layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə yüksək intelekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.Layihədə iştirak edən şagirdlərimizə uğurlar arzulayırıq.