5 və 6-cı sinif şagirdləri arasında Lütfi-Zadə adına Məktəblilərin IV Məntiq Olimpiadası keçirildi

04 may 2019-cu il tarixdə 5 və 6-cı sinif şagirdləri arasında Lütfi-Zadə adına Məktəblilərin IV Məntiq Olimpiadası keçirildi.Artıq bir neçə ildir ki,məktəblilər arasında keçirilən bu bilik yarışının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, olimpiada və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq,istedadlı xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdır.