Məktəbin akt zalında 9-cu sinif şagirdlərimizlə 8 saylı Bakı Peşə Liseyinin bir qrup əməkdaşının görüşü təşkil edildi

          30.04.2019-cu il tarixdə məktəbin akt zalında 9-cu sinif şagirdlərimizlə 8 saylı Bakı Peşə Liseyinin bir qrup əməkdaşının görüşü təşkil edildi. Liseyin müəllimləri şagirdlərlə peşəyönümlü maarifləndirici söhbətlər apardılar. Liseyin hansı peşələri öyrətməsi, hətta gələcəkdə məzunların müvafiq istiqamət üzrə işlə təmin olunması imkanlarının olması şagirdlərin nəzərlərinə çatdırıldı. Bu cür görüşlərin gələcəkdə peşə seçimində çətinlik çəkən şagirdlərimiz üçün faydalı olacağına inanır və peşə məktəblərinin bu istiqamətdəki fəaliyyətlərini məqsədəuyğun hesab edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi