"Abidələr tariximizin yadigarlarıdır" devizi altında tarixi abidələrə ekskursiya təşkil olundu

2018-2019-cu dərs ilinin fəaliyyət planına uyğun olaraq "Abidələr tariximizin yadigarlarıdır" devizi altında tarixi abidələrə ekskursiya təşkil olundu. Şagirdlərimiz Xalçaçılıq muzeyi, Şirvanşahlar sarayı, Qız qalası və tarix muzeyində oldular. Muzey bələdçiləri Azərbaycanın tarixi abidələri haqqında şagirdləri maraqlandıran suallara cavab verdilər. Tarixi abidələrin mühafizəsi günü münasibətilə təşkil olunan bu ekskursiyaya görə valideynlər məktəb rəhbərliyinə və sinif rəhbərinə öz təşəkkürlərini bildirdilər.