“Azərbaycan Səfəvilər dövlətinin yaranması” adlı açıq dərs

7c sinfində Vəliyeva Nuranə müəllim “Azərbaycan Səfəvilər dövlətinin yaranması” adlı açıq dərs keçirtdi. Açıq dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Muxtarova Gülmirə və tərbiyə işləri üzrə direktor müavini Əhmədova Nargilə iştirak etdilər. Dərs prosesində şagirdlər Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması, Şah I İsmayılın daxili və xarici siyasətini təhlil etməklə müasir Azərbaycan dövləti ilə və tarixi Ağqoyunlu dövləti ilə müqayisəli təhlil apardılar.Daha sonra şagirdlər rollu oyun vasitəsi ilə Sultan Səlim və Şah İsmayıl arasında olan danışıqları canlandırdılar. Şagirdlər tərəfindən ümumiləşmə aparıldı, nəticə çıxarıldı.