23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları gününə həsr olunmuş tədbir keçirildi

Məktəbin kitabxanasında kitabxana müdiri Qəhrəmanova Təranə və ingilis dili müəllimi Heydərova Aynurənin təşkilatçılığı ilə 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları gününə həsr olunmuş tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd kitab və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir.