Kiçik akademiya

Məktəbdə təsis edilmiş Kiçik Akademiyanın təqdimatı keçirildi.Təqdimat Kiçik Akademiyanın prezidenti Rəsulova Ülkər tərəfindən təşkil edilmişdi.
Təqdimatda təlim-tərbiyə işləri üzrə direktor müavini Muxtarova Gülmirə və digər elmi rəhbərlər iştirak etdilər.şagirdlər təbiət, riyaziyyat, humanitar, incəsənət sahələri üzrə müəyyən edilmiş mövzuları müzakirə etdilər.
İlk əvvəl incəsənət bölməsi üzrə 10- cu sinif şagirdləri Hidiyeva Arzu,Məmmədova Xəyalə “ İnci sırğalı qız “ portretinin yaranması barədə məlumat verdilər və həmin portretin rəngli və eskiz forması çəkildi.
VII sinif şagirdləri İsmayılova Zamirə,Novruzova Firuzə,Əsgərzadə Aynurə təbiət mənzərəli şəkil çəkdilər.Elmi rəhbər :Nadirova Samirə
Humanitar bölməsi üzrə VIII sinif şagirdləri Qafarova Səkinə,Quluzadə Nərmin,Əsədova Nigar və IX sinif şagirdi bayramova Zəminə Nizami Gəncəvi “Xəmsə” si haqqında məlumat verdilər.Elmi rəhbər: Maliki Ülviyyə
Tarix bölməsi üzrə X sinif şagirdləri Talıbova Fatimə,Mirzəyeva Aysu,Əzizli Zəhra “Azərbaycan Xalq Cümhuriyyəti” haqqında məlumat verdilər.Elmi rəhbər: Vəliyeva Billurə
VIII sinif şagirdləri Alızadə Fəxriyyə,Əliyeva Əsli,İsmayılzadə Nuray,IX sinif şagirdi Nəcəfova Sevinc “Səfəvi Osmanlı müharibəsi “ haqqında məlumat verdilər.Elmi rəhbər: Vəliyeva Nuranə
VIII sinif şagirdləri Abdullayev Elşən,Əliyev Cavidan Azərbaycan Xanlıqları” haqqında məlumat verdilər.Elmi rəhbər: Vəliyeva Nuranə
Riyaziyyat bölməsi üzrə X sinif şagirdi Atayeva Zərifə “Funksiya və qrafiklər” haqqında məlumat verdi.Elmi rəhbər: Əkbərova Cəmilə
Təbiət bölməsi üzrə VIII sinif şagirdi Cavadov Ayxan,IX sinif şagirdi Səmidov Fərid “Xəzər dənizinin ekoloji problemləri” haqqında məlumat verdilər.Elmi rəhbər: Abasov Əbülfəz
IX sinif şagirdi Şıxəliyeva Gülər,VIII sinif şagirdləri Şıxəliyeva Fidan,Kərimzadə Nuray “Turşu yağışları “ haqqında məlumat verdilər.Elmi rəhbər:Rəsulova Ülkər
VII sinif şagirdləri Muxtarova Nərzin,bayramova Ruhiyyə “Həyat mənbəyimiz oksigen” haqqında məlumat verdilər. Elmi rəhbər:Rəsulova Ülkər
VIII sinif şagirdi Muradova Həqiqət,X sinif şagirdi Xəlilova Fidan “İnsan genetikası və tibb elmi” haqqında məlumat verdilər.Elmi rəhbər: Məlikova Simuzər