Azərbaycan tarixi fənni üzrə “Şərqdə ilk operanı kim yazdı? “ mövzusunda açıq dərs keçirildi

Məktəbin 5ç sinfində tarix müəllimi Vəliyeva Billurənin Azərbaycan tarixi fənni üzrə “Şərqdə ilk operanı kim yazdı? “ mövzusunda açıq dərsi keçirildi. Dərs kurikulumun mərhələlərinə uyğun şəkildə, mərhələlərlə keçirildi. Motivasiya mərhələsindən sonra qruplara bölünərək, qrup işlərini yerinə yetirdilər, sonra məlumatlarını təqdim edərək müzakirə və fikir mübadiləsi apardılar. Sonda qruplar qiymətləndirildi və ev tapşırığı müəyyənləşdirildi. Dərsdə məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini Muxtarova Gülmirə iştirak etdi.