Azərbaycan tarixi fənnindən viktorina keçirildi

Məktəbin kitabxanasında tarix aylığı çərçivəsində 16 aprel 2019-cu il tarixdə kitabxana müdiri Qəhrəmanova Təranə, tarix müəllimləri Vəliyeva Billurə və Əhmədova Rəna tərəfindən 6a və 6b sinifləri arasında Azərbaycan tarixi fənnindən viktorina keçirildi. Məktəbin illik fəaliyyət planına müvafiq olaraq ayrı-ayrı siniflər arasında, müxtəlif fənlər üzrə müntəzəm olaraq bilik yarışları, viktorinalar və s. şagirdləri motivə edən tədbirlər keçirilir. Bu dəfə bilik yarışı 6- cılar arasında keçirildi. Əsasən suallar Azərbaycanın qədim dövrünü əhatə edirdi. Gərgin və maraqlı keçən yarışda 6a sinfinin şagirdləri 14 suala daha tez cavab verməklə 6b sinif şagirdlərinə qalib gəldilər və " Tərifnamə " ilə təltif olundular. Bu cür bilik yarışlarını keçirməkdə məqsəd şagirdlərdə tarix fənninə maraq oyatmaq, Azərbaycan tarixini daha dərindən öyrənməyə həvəsləndirmək, onların bilik və bacarıqlarını üzə çıxarmaqdır.