Oxu texnikasının monitorinqi keçirildi

Məktəbin 2018-2019-cu dərs ilinin fəaliyyət planına uyğun olaraq ibtidai (I-IV) siniflərdə oxu texnikasının monitorinqi keçirildi. Monitorinqin keçirilməsinə məsul şəxs məktəbin kitabxana müdiri Təranə Qəhrəmanova təyin edilmişdi. Şagirdlərin böyük əksəriyyəti verilmiş mətni müvafiq normanın tələblərinə uyğun oxudular. Məktəbin direktoru Nəriman Mürsəliyev 3b sinfi ndə aparılan monitorinqi izlədi. O şagirdlərə kitabxanaya abunə olub olmamaları, ən son hansı kitabları oxumaları barədə suallar verdi. Şagirdlərin sərbəstliyi, hazırcavablığı və ən əsası səmimiliyi hər kəsi sevindirdi. Sonda Nəriman müəllim onlara mütaliənin faydası barədə danışdı.