Məktəbimizdə aprel döyüşlərinin üçüncü ildönümü ilə bağlı dəyirmi masa keçirildi

Azərbaycanın ən yeni tarixinin şanlı qəhrəmanlıq səhifəsi, aprel döyüşlərinin üçüncü ildönümü ilə bağlı məktəbin tərbiyə işləri üzrə direktor müavini Nargilə Əhmədovanın, tarix müəllimi Nuranə Vəliyevanın və 8c sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Nuranə müəllim şagirdlərə dörd günlük aprel döyüşləri ilə bağlı məlumat verdi. Aprel döyüşlərini əks etdirən videoçarxlar nümayiş etdirildi.Daha sonra şagirdlər qəhrəmanlıq salnaməsi yazan, şəhidlik zirvəsinəqədər yüksələn igid oğullarımızın göstərdikləri şücaətdən danışdılar. Tədbir iştirakçıları əldə edilmiş Seysulan, Lələtəpə, Cocuq Mərcanlı yüksəkliklərində Azərbaycan bayrağının sancılması anının olduğu videoçarxa baxarkən bunu qürur hissi ilə ayaqüstə alqışladılar. Şagirdlər şəhidlərimizə Tanrıdan rəhmət diləyərək, onların əziz xatirələrini heç zaman unutmayacaqlarını və vətənə , millətə layiq övlad olacaqlarını bildirdilər.