Ümumməktəb Novruz tədbiri

Novruz Bayramına həsr olunmuş ümumməktəb tədbiri keçirildi. Tədbiri Nuranə müəllimin rəhbərliyi ilə 7c sinfi hazırlamışdı. Şagirdlərin ifasında təqdim edilən səhnəciklər, musiqi, rəqs nömrələri bütün tədbir iştirakçılarının ürəyincə oldu. Məktəbimizin rəhbərliyi və kollektivi adından xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, onlara möhkəm can sağlığı arzu edirik.