Məktəbimizdə "Yaşıl Məktəb" aksiyasına start verilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsi arasında imzalanmış "Əməkdaşlıq Sazişi" çərçivəsində, məktəbimizdə "Yaşıl Məktəb" aksiyasına start verilmişdir. Belə ki, məktəbin həyətyanı ərazisi kiçik sahələr şəklində bölünərək ayrı ayrı siniflərə verilmiş, həmin ərazinin təmizlənməsi, orada müxtəlif ağac və gül kollarının əkilməsi qərara alınmışdır. 14.03.2019-cu il tarixdə məktəbin 3c sinfi Xanım müəllimin və valideynlərinin dəstəyi ilə öz ərazilərini böyük həvəslə təmizləyərək orada müxtəlif güllər əkdilər.