8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş rayon tədbirində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri fəxri fərmanla təltif edimişdirlər

8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş rayon tədbirində məktəb direktoru Nəriman Mürsəliyevin təqdimatına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Ülviyyə Maliki və Nəzakət Atayeva Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və ATİAHİ-nin Qaradağ komitəsinin sədri Zümrüd xanım Rzayeva tərəfindən gənc nəslin təlim tərbiyəsində, məktəbin təlim nailiyyətlərinin yüksəldilməsində və mədəni-kütləvi, ictimai işlərində səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif edimişdirlər. Biz də məktəb rəhbərliyi və kollektiv adından Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Süleyman müəllimə və ATİAHİ Qaradağ komitəsinin sədri Zümrüd xanıma minnətdarlığımızı bildirir, zəhmətkeş müəllimlərimizi kollektivimiz adından təbrik edirik. Uğurlarımız bol olsun!