Məktəbimizdə Xocalı Faciəsinin 27-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi

25.02.2019-cu il tarixdə cari ilin fəaliyyət planına müvafiq olaraq, məktəbimizin ayrı-ayrı siniflərində Xocalı Faciəsinin 27-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi.Bu tədbirlərdən biridə məktəb foyesində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş guşənin qarşısında ibtidai sinif şagirdlərinin iştirakı ilə baş tutdu.Şagirdlər soyqırım qurbanlarını 1 dəqiqəlik sükutla yad etdikdən sonra müxtəlif şeirlər,bayatılar səsləndirdilər.