Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş 5,6,7-ci sinif şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi keçirildi

Məktəbin kitabxanasında kitabxana əməkdaşı Təranə Qəhrəmanova, təsviri incəsənət müəllimi Zenfira Sərkərova və Samirə Nadirovanın rəhbərliyi ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş 5,6,7-ci sinif şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər Xocalı dəhşətlərini əks etdirən rəsmlər nümayiş etdirdilər. Xocalı Faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Faciə qurbanlarına Tanrıdan rəhmət xalqımıza səbr diləyirik.