Məktəbin akt zalında "21 Fevral - Beynəlxalq Ana dili Günü " nə həsr olunmuş tədbir keçirildi

21 fevral 2019 - cu il tarixdə məktəbin akt zalında "21 Fevral - Beynəlxalq Ana dili Günü " nə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maliki Ülviyyənin təşkilatçılığı, 10a və 10b sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirdə şagirdlərə dilimizin tarixi, qədimliyi haqqında məlumatlar, videoslaydlar təqdim olundu, məşhur Azərbaycan şairlərinin dilimizə həsr etdikləri şeirlər dinlənildi. 10b sinif şagirdlərinin ifasında Emin Sabitoğlunun "Şirin dil " , Oqtay Rəcəbovun "Anam Azərbaycan" mahnısı səsləndirildi. Cəlil Məmmədquluzadəni "Anamın kitabı" tragikomediyasından təqdim olunan səhnəcik tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.