Şagirdlərimiz Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazandılar

Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə əldə etmiş şagirdlərimiz və onlara müvafiq fənləri tədris edən müəllimlərlə məktəb direktorunun görüşü təşkil edildi. Görüşdə məktəbin direktoru Nəriman Mürsəliyev məktəbi uğurla təmsil edərək qənaətbəxş nəticə əldə edən şagirdləri Fəxri Fərmanla təltif etdi və onlara olimpiadanın növbəti mərhələsində uğurlar arzuladı. Müəllimlərə də təşəkkür edən məktəb direktoru, onların əməyinin danılmaz olduğunu bildirdi.