Məktəbin akt zalında narkomaniya əleyhinə "yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili" adlı ümumməktəb tədbiri keçirildi

            14 fevral  tarixində məktəbin akt zalında narkomaniya əleyhinə "yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili" adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə məktəbin 8,9,10,11-ci sinif şagirdləri iştirak etdilər. Bakı Şəhər Baş Polis İdarəsinin polkovnik leytenantı Məryəm Ömərova tədbir iştirakçılarına narkomaniyanın fəsadları və profilaktikası, zərərli vərdişlərlə mübarizə barədə ətraflı məlumat verdi. Bakı Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı baş leytenant Elvin Kazımov, Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Amil Qurbanov və əməliyyat müvəkkili Orxan Ocaqov da tədbirdə iştirak edirdilər. Şagirdlərə zərərli vərdişlərə mübtəla olanlarla, onların acınacaqlı durumları ilə bağlı videofilm təqdim olundu. Sonda şagirdlərin sualları cavablandırıldı, onlara asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə bağlı tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi