2A sinfində "Ucadan oxu" keçirildi

Məktəbin 2A sinfində kitabxana əməkdaşı Təranə Qəhrəmanova tərəfindən "Ucadan oxu" keçirildi.Burada məqsəd uşaqlara zəruri qiraət vərdişlərini öyrətmək, söz və cümlələri düzgün, aydın və ifadəli şəkildə oxumağı öyrətmək, səsi duzgün ifadə etməyi, intonasiyalara, vurğulara riayət etməyi mənimsətməkdir. Sonda məktəb kitabxanaçısı tərəfindən şagirdlərə müxtəlif sinifdənxaric oxu materialların oxunması tövsiyə olundu.