Region məktəblərində istedadlı şagirdlərin seçilməsi layihəsi 4 aylıq təlimləri başa vuraraq yekunlaşdı

            26.01.2019-cu il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Region məktəblərində istedadlı şagirdlərin seçilməsi" layihəsi 4 aylıq təlimləri başa vuraraq yekunlaşdı.Bu müddət ərzində Qaradağ rayonunun müxtəlif məktəblərindən (127,139,195,294,320,319) layihə iştirakçısı olan istedadlı şagirdlərə layihənin təlimçisi Cəmilə Əkbərova tətəfindən geniş,ətraflı riyazi və məntiqi biliklər verildi.Bu gün layihə rəhbəri kimi şagirdlərlə növbəti görüşüm oldu.Onlara əvvəlcədən hazırlanmış anket-sorğu təqdim etdim.Şagirdlərlə interaktiv söhbət apardım.Bu qədər ünsiyyətcil,oxuyub öyrənməyə meyilli,istedadlı şagirdlərin layihəmizə qatılmalarından qürurlandım.İnanırıq ki,uşaqlar,eləcə də onların valideynləri,ayrı ayrı məktəblərdə təhsil alsalar da,müxtəlif qəsəbələrdə yaşasalar da bir birləri ilə əlaqələrini kəsməyəcəklər.Layihəmizin müddəti az olsa da verdiyimiz biliklərin gələcəkdə onların fənn müsabiqələrində uğurla iştirak etmələrinə vəsilə olacağına ümidimiz böyükdür.Və sonda Azərbaycan Respublikası təhsil nazirliyinə,layihənin təşkilatçılarına,ekspertlərinə,təlimçimiz Cəmilə xanıma təşəkkür edirəm.Bu cür layihələrin çox səmərəli,effektiv olduğuna inanıram.Fevral ayının ilk həftəsində layihənin rəsmi bağlanış mərasimi keçiriləcəkdir.Layihə iştirakçılarına sertifikatlar,fərqlənən şagirdlərə hədiyyələr təqdim ediləcəkdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi