8-ci siniflərdə BSQ-lər keçirildi

Məktəbin akt zalında 8-ci siniflər üzrə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili,riyaziyyat və ingilis dili fənlərindən mərkəzləşdirilmiş BSQ keçirildi.BSQ də şagirdlərə təqdim olunan tapşırıqlar açıq və qapalı olmaqla I yarımil ərzində keçirilən mövzuları əhatə edirdi.Məktəb rəhbərliyi tərəfindən təyin olunan nəzarətçi müəllimlərin iştirakı ilə keçirilən imtahan paralel siniflər arasında,müxtəlif tarixlərdə baş tutdu.