Məktəbin 8-ci sinif şagirdləri Şirvanşahlar irsi dünya muzeylərində adlı sərgidə iştirak etdilər

08.01.2019-cu il tarixdə ,,İçərişəhər" Dövlət Tarix -Memarlıq İdarəsi Azərbaycanda keçirdiyi "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgidə məktəbin 8-ci sinif şagirdləri iştirak etdilər.Sinif rəhbəri Validə Məmmədova sərgi haqqında şagirdlərə geniş məlumat verdi.Sərgidə Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid unikal eksponatlar ,eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı mədəniyyət nümunələri nümayiş etdirildi.