Məktəbimizdə ailə dəyərlərinin təbliği,milli mənəvi dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə tədbir keçirildi

          9 yanvar 2019-cu il tarixdə məktəbin akt zalında Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi,Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə ailə dəyərlərinin təbliği,milli mənəvi dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə tədbir keçirildi.

Həmçinin bu məqsədlə “Azərbaycan ailəsi” filmi nümayiş etdirildi.Tədbirdə Qaradağ Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak edirdi.Məktəbin direktoru Nəriman Mürsəliyev Azərbaycan ailəsi və onun qorunub saxlanan dəyərləri haqqında şagirdlərə məlumat verdi.Film nümayişindən sonra şagirdlər arasında sorğu keçirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi