2c sinfində sinif Yol hərəkəti qaydalarına həsr olunmuş dərs keçirildi

2c sinfində sinif rəhbəri Aytac Müzəffərli tərəfindən "Yol hərəkəti" qaydalarına həsr olunmuş dərs keçirildi.Dərsdə şagirdlər tanış olduqları yol nişanları barədə danışdılar və onların mənalarını açıqladılar.Şagirdlərin ifasında yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş etdirildi,nişanlarının və işıqforun əhəmiyyətini özündə əks etdirən mahnılar oxundu.Kiçik yaşlı şagirdlərin bu mövzuda maarifləndirilməsi onların təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir.İnanırıq ki,onlar yol hərəkəti qaydalarına riayət edəcək və hərəkət zamanı piyadaların vəzifələrini düzgün yerinə yetirəcəklər.