Məktəbin kitabxanasında şagirdlərlə Təlim keyfiyyətinin yüksəldilməsində kitabxananın rolu mövzusunda sohbət aparıldı

           Məktəbin kitabxana müdiri Qəhrəmanova Təranə və 6b sinfinin sinif rəhbəri Heydərova Aynurə şagirdlərlə ''Təlim keyfiyyətinin  yüksəldilməsində kitabxananın və kitabların rolu"mövzusunda söhbət apardılar.Tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və əldə edilən biliklərin möhkəmləndirilməsi məqsədi ilə kitabxana şagirdlərin sistemli və məqsədli mütaliəsinin təşkil edilməsində əsas rol oynayır. Söhbət zamanı kitabxanaçı şagirdlərin oxu maraqlarını öyrənib,onlarda tədris olunan fənn proqramına uyğun kitabı sevmək və ona qayğıkeş münasibət bəsləmək lazım olduğunu tövsiyyə etdi.Şagirdlər arasında keçirilən sorğuda onların Ə.Kürçaylı,B.Vahabzadə,A.Şaiq,C.Cabbarlı,
H.Ziya və digər şair və yazıçıların kitablarına daha çox tələbatları olduğu aşkarlandı.Çalışacağıq kitabxananın kitab fondunu bu tələbatlar əsasında zənginləşdirək.Kitabın şəxsiyyətin,onun əqidəsinin formalaşmasında müstəsna rolu danılmazdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi