Məktəbimizdə şagirdlərin iştirakı ilə Mehdi Hüseynin Odlu qılınc əsəri səhnələşdirildi

           Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin 7c sinif şagirdlərinin iştirakı ilə ədəbiyyat müəllimi Maliki Ülviyyə tərəfindən Mehdi Hüseynin "Odlu qılınc" əsəri səhnələşdirildi.Tədbirdə direktor müavini Muxtarova Gülmirə ,kitabxana müdiri Qəhrəmanova Təranə və digər müəllimlər iştirak etdilər.Əsərin mövzusu VII əsr Albaniya hökmdarı ,qəhrəman sərkərdə Cavanşirin həyatından bəhs edir.Şagirdlər bu əsərdə olan Cavanşir Girdman hökmdarı Varaz,Cavahir xatun,Urmuz və digər obrazları çox böyük həvəslə canlandırdılar.Səhnəciyin sonunda vətənə qələbə ilə dönən Cavanşiri xalq gül-çiçək yağışına qərq etdi.Şagirdlərin rollarını məharətlə ifa etmələri,döyüş səhnələrini həvəslə canlandırmaları səhnəciyi izləyənlərin marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi