3b sinfində "Sevimli nağıllar" adlı "Ucadan oxu" təşkil edildi

03.12.2018-ci il tarixdə məktəbin kitabxana müdiri Təranə Qəhrəmanova və sinif rəhbəri Ziba Bayramova 2018/2019-cu dərs ilinin fəaliyyət planına müvafiq olaraq 3b sinfində "Sevimli nağıllar" adlı "Ucadan oxu" təşkil etdilər.Şagirlər sevimli nağıllar kitabından "Cavan nəhəng", "Reyhan və Kamal", "Cəsur qarışqa" və s. nağıllar oxudular.Şagirdlərə oxuduqlarını daha yaxşı yadda qalması və dərindən dərk olunması məqsədi ilə nağılla bağlı sorğu və tapşırıqlar verildi.Ucadan oxu aşağı sinif şagirdləri üçün oxu texnikasına yiyələnməkdə olduqca böyük əhəmiyyət kəsb edir.Burada məqsəd uşaqlara zəruri qiraət vərdişlərini öyrətmək, söz və cümlələri düzgün,aydın və ifadəli oxumağı,səsi düzgün ifadə etməyi ,vurğulara riayət etməyi mənimsətməkdir.