"Narkomaniyadan özümüzü qoruyaq " adlı tədbir keçirildi

        Məktəbin kitabxanasında kitabxana müdiri Qəhrəmanova Təranə və 8ç sinfinin sinif rəhbəri Sərkərova Zenfira müəllimin təşkilatçılığı ilə "Narkomaniyadan özümüzü qoruyaq " adlı tədbir keçirildi.Tədbirdə məktəbin psixoloqu Cəbiyeva Günel və kitabxana müdiri Qəhrəmanova Təranə "Ağ ölüm" və "Narkomaniyadan özümüzü qoruyaq" adlı məruzələri ilə çıxış etdilər.Zenfira müəllim narkomaniyanın insan sağlamlığına necə ziyan vurması haqqında şagirdlərə məlumat verdi.Sonra isə məktəbin tibb bacısı Bəşirova Sədaqət AİDS nədir və bu xəstəliyin törədicisi HİV virusunun fəsadları haqqında şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi