İngilis dili fənnindən viktorina keçirildi

13.11.2018-ci il tarixdə məktəbin kitabxanasında ingilis dili aylığı çərçivəsində ingilis dili müəllimi Aynurə Heydərova,Könül Alıyeva və kitabxana müdiri Təranə Qəhrəmanovanın təşkilatçılığı ilə viktorina keçirildi.Viktorinada 9A,9B,9C sinif şagirdləri iştirak etdilər.9C sinfinin şagirdləri viktorinada qalib gəldilər.Qalib gələn şagirdlər məktəbin direktoru Nəriman Mürsəliyev tərəfindən "Tərifnamə" ilə təltif edildilər.Tədbiri keçirtməkdə məqsəd şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq,ingilis dili fənninə maraq oyatmaq və şagirdlər arasında sağlam rəqabəti artırmaqdır.