,,9 noyabr Dövlət Bayrağı Günü,,nə həsr edilmiş ,,Şanlı Bayrağım,,mövzusunda ədəbi-bədii kompozisiya təşkil edildi.

07.11.2018-ci il tarixdə Bakı şəhəri 319 nömrəli tam orta məktəbdə ,,9 noyabr Dövlət Bayrağı Günü,,nə həsr edilmiş ,,Şanlı Bayrağım,,mövzusunda ədəbi-bədii kompozisiya təşkil edildi.Məktəbin 4a,2a,2b,1a sinif şagirdləri foyedə hazırladıqları rəsm sərgisinin qarşısında bayrağımızın dövlətimizin suverenlik rəmzi olduğundan,onun rənglərinin mahiyyətindən danışdılar.Şagirdlərimiz fəxr hissi ilə bayrağı öpüb,onu qürurla qoruyacaqlarına and içdilər.Müxtəlif seirlər,söyəyib,mahnılar oxudular.