Məktəbin tibb işçiləri yuxarı sinif şagirdləri ilə"Pis vərdişlər,siqaretin fəsadları,narkomaniya" haqqında maarifləndirici söhbətlər apardılar

Məktəbin tibb işçiləri Bəşirova Sədaqət,Hacıyeva Fatma və biologiya müəllimi Məlikova Simuzər tərəfindən yuxarı sinif şagirdləri ilə "Pis vərdişlər,siqaretin fəsadları,narkomaniya" haqqında maarifləndirici söhbət aparıldı.Pis vərdişlərin insan orqanizmində asılılıq yaratması ,bu vərdişlərin zaman keçdikcə insan orqanizminə,cəmiyyətə,ona yoluxanların öz ailə üzvlərinə nə dərəcədə zərərli olması haqqında ətraflı məlumat verən tibb işçiləri ,həmçinin şagirdlərə bu bəlalardan necə qorunmağın mümkünlüyü haqqında məsləhət verdilər.Məlikova Simuzər də çıxış edərək ,narkomaniyanın bir bəla olduğu və buna görə də hər kəsin özünü qorumalı,sağlamlığının qeydinə qalmalı olduğunu vurğuladı.