Şagirdlərimiz Təhsil sərgisində iştirak etdilər

          Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ,”Caspian Event  Organisers”(“CEO”) şirkətinin təşkilatçılığı ilə 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (Education 2018”) açılışında məktəbimizin 10a və 10b sinif şagirdləridə iştirak etdilər.Şagirdlər sərgiyə məktəb direktoru Mürsəliyev Nəriman,həmin siniflərin rəhbərləri Maliki Ülviyyə və Quliyeva Şəlalənin başçılığı altında aparılmışdır.Mərkəzdə həm Azərbaycanın həm də xarici dövlətlərin universitetləri haqqında verilən məlumatlar,təqdim olunan materiallar şagirdlərimizin çox böyük marağına səbəb olmaqla yanaşı, həm də onların bilgilənməsi üçün çox faydalı oldu.Məktəb rəhbərliyi və şagirdlərimiz adından Bakı Şəhər üzrə Təsil İdarəsinin rəhbərliyinə bu işdə əməyi keçən təşkilatlara minnətdarlığımızı bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi