Beynəlxalq müəllimlər günü münasibəti ilə müəllimlərimiz Fəxri Fərmanla təltif edildilər

04.10.2018-ci il tarixdə ,,Beynəlxalq Müəllimlər Günü,,ərəfəsində məktəbin Azərbaycan dili müəllimləri Maliki Ülviyyə,Atayeva Nəzakət və riyaziyyat müəllimi Quliyeva Şəlalə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin təsis etdiyi Fəxri Fərmanlarla təltif edildilər.2017-2018-ci dərs ilində məktəbimizin artıq 3-cü il ardıcıl 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrinə görə rayonumuz üzrə 1-ci yeri qoruyub saxlamasında,reytinq sıralamasında BŞTİ-yə tabe olan məktəblər sırasında 18,ölkə üzrə 81-ci yerdə qərarlaşmasında təltif edilən müəllimlərin müstəsna xidmətləri var.İnanırıq ki,2018-2019-cu dərs ilində onların sıralarına məktəbin ingilis dili müəllimləri də qatılacaqdır.Təltif edilən müəllimlərimiz ATİAHİ- nin Qaradağ Rayon Komitəsinin rəhbəri Zümrüd xanım Rzayevaya və məktəbin direktoru Nəriman Mürsəliyevə zəhmətlərinə verilən dəyərə görə təşəkkür etdilər. Bildirdilər ki,2018-2019-cu dərs ilində də məktəbin nailiyyətlərini artırmaq üçün daha da səylə fəaliyyət göstərəcəklər.Biz də öz növbəmizdə məktəbimizin pedaqoji heyyətinin simasında ölkəmizin bütün təhsil ictimaiyyətini ,,Beynəlxalq Müəllimlər Günü,,münasibəti ilə təbrik edir,Azərbaycan Təhsilinin inkişafı naminə onların hər birinə möhkəm can sağlığı və peşə fəaliyyətlərində bol-bol uğurlar diləyirik!