Məktəbimizdə bilik günü qeyd olundu

15.09.2018-ci il tarixdə məktəbimizdə ,,Bilik Günü,,nə həsr edilmiş ümumməktəb tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan məktəb direktoru məktəbin 2017/2018-ci dərs ilinin uğurları barədə və yeni 2018/2019-cu dərs ilində qarşıda duran vəzifələrdən danışdı.Sonra qonaqlara söz verildi.BŞTİ-nin informasiya təminatı sektorunun müdiri İlhamə xanım çıxışında məktəbin son 3 ildəki uğurlarından söz açdı,müəllimlərə və şagirdlərə uğurlar arzuladı.Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan müəllim də müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.Bakı şəhəri 319 nömrəli tam orta ilk zəngin sədaları altında şagirdləri qəbul etdi.Məktəbimizin simasında 2018/2019-cu dərs ili təhsilimiz üçün xeyirli uğurlu olsun.Bütün təhsil ictimaiyyətini təbrik edirik!