Şagirdlərimiz Bakıda yerləşən bir neçə muzeydə oldular
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəb üzrə tədbirlər planı hazırlanmışdır.Məktəbimizin 6ç sinif şagirdləri və tarix müəlliməsi Rəna Əhmədovanın iştirakı ilə şagirdlərimiz Bakıda yerləşən bir neçə muzeydə oldu.Muzey əməkdaşların bələdçiliyi ilə şagirdlər eksponatlarla tanış oldular.Ekskursiya ərzində şagirdlərimiz Azərbaycanın milli-mədəni dəyərləri ,qədim mədəniyyət irsi ilə yaxından tanış olub yeni biliklər əldə etdilər.Belə ekskursiyalar şagirdlərin vətənpərvərlik tərbiyyəsində,milli-mədəni irsimizin öyrənilməsində,şagirdlər arasında əməkdaşlığın formalaşmasında ,eləcə də,cəmiyyətdə özünü təmsiletmə,idarəetmə bacarığının formalaşmasında mühüm rol oynayır.