Böyük Summativ Qiymətləndirmələrə start verildi

         01.06.2018-ci il tarixdən məktəb üzrə Azərbaycan dili,ingilis dili,riyaziyyat, Azərbaycan tarixi,Kimya fənləri üzrə mərkəzləşdirilmiş BSQ-2-lərə start verildi. Məktəb üzrə 2-10-cu sinif şagirdləri paralel siniflər üzrə yuxarıda qeyd olunan fənlərdən BSQ-2-lərdə iştirakı nəzərdə tutulmuşdur.BSQ-2-də istifadə olunan suallar məktəbin fənn müəllimləri tərəfindən tərtib edildi.Sualların məzmun xəttinə,standartlara uyğunluğuməktəb direktorunun ,,BSQ-2-nin keçirilməsi barədə,,ki əmrinə müvafiq olaraq əvvəlcədən yaradılmış işçi qrup tərəfindən yoxlanıldıqdan sonra qapalı və açıq test suallarından ibarət sual kitabçaları tərtib edildi.01.06.2018-ci il tarixdə mərkəzləşmiş BSQ-2-də 2-ci və 6-cı sinif şagirdləri iştirak etdilər.Mərkəzləşmiş BSQ-2-lər məktəbin akt zalında keçirilir.BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək və kiçik yaşlı şagirdlərin rahatlığını təmin etmək məqsədi ilə siniflər üzrə müəyyən sayda valideynlərin və ibtidai sinif müəllimlərinin BSQ-2-də iştirakına icazə verildi.BSQ-lər qrafik üzrə həftə ərzində aparılacaqdır.Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi