Ana dili gününə həsr olunmuş dəyirmi masa

20.02.2018-ci il tarixində “21 fevral Beynəlxalq Ana dili günü” nə həsr olunmuş “Mənim Ana Dilim” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri təşkil edən Azərbaycan dilimüəllimi M.Ülviyyə şagirdlərə bu günün tarixi haqqında məlumat verərək,onlara dilimizin tarixi ,zənginliyi ,gözəlliyi barəsində danışdı.
Dəyirmi masa iştirakçıları olan 6c sinfinin şagirdləri də,müzakirələrə qoşularaq dilimiz haqqında müxtəlif məlumatlarsəsləndirdilər,həmçinin şeirlər,aforizmlər söylədilər.B.Ruhiyyənin söylədiyi “Ana dili “ şeiri (B.Vahabzadə) həm şagirdlər ,həm də təlim-tərbiyə işləri üzrə dirketor müavini Ə.Nargilə tərəfindən çox böyük rəğbətlə qarşılandı.Sonda şagirdlərə “Ana dilimizi sevək-sevdirək” adlı musiqili video çarx nümayiş etdirildi.