Məktəbin akt zalında Ana dili gününə həsr olunmuş tədbir keçirildi

 Məktəbin akt zalında “21 Fevral Beynəlxalq Ana dili günü” nə həsr olunmuş “Mənim Ana dilim “ mövzusuna aid ədəbi-bədii kompozisiya keçirildi.Tədbirdə mövzuya uyğun şeirlər,mahnılar,videoçarxlar izlənildi,məlumatlar verildi.Azərbaycan dili və  ümumiyyətlə dil haqqında görkəmli şəxslərin fikirlərindən ibarət lövhələr asıldı .belə lövhələrdən biri də Azərbaycan xalqının ümumilli lideri heydər Əliyevin hikmətli aforizmi oldu:

“Hər bir xalqın milliliyini,mənəvi dəyərlərini yaşadan,inkişaf etdirən onun dilidir”.Belə təbirlərin keçirilməsi təlim işi ilə vəhdətini təmin etmək şagirdlərin yüksək səviyyədə təlim fəallığını artırır və onların bu sahədə şüurlu münasibətini təmin edir.Tədbiri təşkil edən Azərbaycan dili müəllimi Fərzəliyeva Zəruhə  və 6 a sinif şagirdləri ilə 2 a sinif şagirdləri bu tədbirin iştirakçıları idilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi