İngilis dili fənnindən açıq dərs

Məktəbin ingilis dili müəllimi Heydərova Aynurə 10b sinfində “Reading of watching? mövzusunda açıq dərs keçirdi.Motivasiya mərhələsində müəllim filmlərdən fotolar nümayiş etdirərək hansı filmlərdən olduğunu soruşdu.Sonra tədqiqat sualı müəyyənləşdirildi,şagirdlərə təqdim olundu.Şagirdlər qrup şəklində işləməklə tədqiqat apardılar,mərhələ interaktiv şəkildə keçirildi.Məlumatın mübadiləsi və müzakirəsi mərhələsində qrup üzvləri bir-biri ilə sərbəst şəkildə ingiliscə ünsiyyət qururlar.Bu zaman müəllim nəzarət edir ki,şagirdlər öz cümlələrini vasitəli nitqdə qursunlar.Müəllim sonra şagirdlərə qısa video təqdim edərək bir neçə sualla şagirdlərin başa düşmə səviyyələrini yoxlayır.Bu mərhələlərin ardınca mövzunun davamı olaraq şagirdlərə oxu bacarıqları ön plana çəkilir,mətnlə bağlı tapşırıqlar verilir.Bütün bunları tamamladıqdan sonra şagirdlərlə ümumiləşdirmə aparılır,izləmənin və oxunun hər ikisinin önəmli olduğu nəticəsinə gəlinir.Sonda müəllim qiymətləndirmə apararaq ev tapşırığı verib dərsi tamamlayır.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Muxtarova Gülmirə və ingilis dili müəllimi İmanova Nərminə iştirak etdilər.