Azərbaycan dili fənnindən açıq dərs

27 dekabr tarixində 6c sinfində Azərbaycan dili fənnindən Maliki Ülviyyə müəllimin “Əlif Hacıyev.Mətn üzrə iş” mövzusunda açıq dərsi keçirildi. Dərsin motivasiya mərhələsində işğal olunmuş bölgələrimiz,Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş milli qəhrəmanlarımıza aid klaster təqdim olundu.Tədqiqat sualı müəyyənləşdirildikdən sonra şagirdlər qruplara bölünərək tədqiqat apardılar,tapşırıqları yerinə yetirdilər Dərsin müzakirə və mübadilə,ümumiləşdirmə və nəticə mərhələləri də ardıcıllıqla yerinə yetirildi.Yaradıcı tətbiqetmədə şagirdlər vətənpərvərlik mövzusunda şeir,bayatı,atalar sözləri təqdim etdilər.Sonda qiymətləndirmə aparıldı və ev tapşırığına “Azərbaycanın Milli Qəhrəmanları” mövzusunda təqdimat hazırlamaq tapşırıldı.