Ümummilli lider Heydər Əliyevin anım günü

Bu gün məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub.6ç və 7a sinif şagirdlərinin iştirakı ilə təşkil edilən dəyirmi masada şagirdlər tərəfindən Ulu Öndərlə bağlı səslənən sevgi dolu fikirləri dinlədikcə Əbədiyaşar Heydər Əliyevin " Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda daim olacağam." - kəlamına inamımızı artırır və Ümummilli liderə olan əvəzsiz sevginin, onunla bağlı fəxarət və qürur hissinin zaman - zaman artacağına, aşıb -daşacağına bizləri inandırır.Məktəbin tarix müəllimi Rəna Əhmədova Ümummilli liderin ruhuna ehtiramını bildirərək: - " Heydər Əliyevin yeni dünyanın adamıdır. O, tarixi şəxsiyyətdir. Tarix bu cür şəxsiyyətləri çox az yetişdirir. Onun əvəzi yoxdur. O, Tanrının möcüzəsidir!" - demişdi.Sonda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, onun şərəfli ömür yolunu özündə əks etdirən videoçarx, slaydlar nümayiş etdirildi.Əbədiyaşar Liderimizin ruhu qarşısında baş əyirik.